İsrail İran üçün 80 dollara işləyən casusu ələ keçirdi

30.03.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail Prokurorluğu 23 yaşlı Əli Caberə qarşı İran kəşfiyyatı adından hərəkət edən xarici agentlə əlaqə saxlamaq və İran üçün faydalı ola biləcək məlumatları ötürmək ittihamı irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Məlumata görə, bu ilin yanvar ayında Caber ona 80 dollar qarşılığında tapşırıq təklif edən Teleqram istifadəçisi ilə əlaqə saxlayıb:

“İlk tapşırıq Eylatın mərkəzi avtobus stansiyasının yaxınlığındakı dairəvi yolun şəklini çəkmək olub. Daha sonra ondan İsrailin cənubundakı Ovda hava bazasının, Dəmir Günbəz sisteminin yerləşdiyi yerin və kazarmanın şəklini çəkmək istənilib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью