İsrail İrana hücum edəcək?

03.02.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail bəyan edib ki, İran ilə ABŞ arasında istənilən razılaşma Tehranın ballistik raket proqramından tam imtinanı nəzərdə tutmalıdır.

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, əgər Tehran bu şərtlə razılaşmasa, İsrail müstəqil şəkildə hərəkət etməyə və zərbələrin endirilməsi üçün İsrail Müdafiə Qüvvələrini cəlb etməyə hazırdır.

İsraildə təhlükəsizlik dairələrində ABŞ–İran danışıqlarının başlanması fonunda hərbi toqquşma ehtimalının artdığına dair proqnozlar güclənir. Mənbə mümkün ssenarilər sırasında razılaşmanın əldə olunmasını, danışıqlar olmadan birbaşa qarşıdurmanı, eləcə də danışıqların başlanıb sonradan eskalasiyaya keçməsi variantını qeyd edib.

Eyni zamanda İsrailin təhlükəsizlik sistemi hesab edir ki, ABŞ prezidenti Donald Tramp yaxın günlər və ya həftələr ərzində yekun qərar verəcək. Trampın İrana doğru böyük hərbi qüvvələrin irəlilədiyi barədə son bəyanatlarına baxmayaraq, İsrailin müdafiə qurumlarında ABŞ ordusunun artıq regionda kifayət qədər ciddi qüvvə cəmləşdirdiyi düşünülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью