İsrail İrana zərbələr endirməyi düşünür?

13.02.2025

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

İsrail bu il İranın nüvə obyektlərinə zərbələr endirməyi düşünür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, İsrail İranın "ağır möhkəmləndirilmiş" nüvə obyektlərinə zərbələr endirmək üçün ABŞ-nin hərbi dəstəyinə ehtiyac duyacaq. 

Qeyd olunub ki, İsrail Donald Tramp administrasiyasını zərbələri dəstəkləməyə məcbur edəcək. 

Təl-Əviv İranın nüvə silahı istehsalını dayandırmaq imkanının tezliklə itəcəyindən ehtiyat edir. Trampın özü də əvvəllər İrana qarşı hücumlardan imtina etmiş və Tehranla qeyri-nüvə sazişi əldə etmək istədiyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью