“İsrail İranı daş dövrünə qaytaracaq”

23.04.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“İsrailin İrana qarşı növbəti zərbələri, əgər ABŞ tərəfindən təsdiqlənərsə, enerji obyektlərini hədəf alacaq və bu, İslam Respublikasını “qaranlıq və daş dövrünə” qaytaracaq”.

“Qafqazinfo” İsrail KİV-ə istinadən xəbər verir ki, bunu müdafiə naziri İsrael Katz bildirib.

“Bu hücum fərqli və ölümcül olacaq, onun ən həssas bölgələrinə sarsıdıcı zərbələr vuracaq; bu, İran terror rejiminin onsuz da vurduğu, təməllərini sarsıdan və dağıdan böyük zərbələrin davamı olacaq” - o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью