İsrail İranı hədələdi: Hər an yenidən hücum edə bilərik!

22.12.2025

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail Baş Qərargah rəisi Eyal Zamir düşmənlərini "lazım olan hər yerdə, həm yaxın, həm də uzaq cəbhələrdə" vurmaqla hədələyərək, İrana yenidən hücum edə biləcəklərinə işarə etdi.
Turkustan.az xəbər verir ki, “The Times of Israel” qəzetinin məlumatına görə, Baş Qərargah rəisi Zamir iddia edib ki, İran İsrailin yarandığı gündən bəri apardığı ən uzun və ən mürəkkəb “müharibənin” mərkəzindədir.
İsraili məhv etmək planlarının arxasında İranın durduğunu iddia edən Zamir, İsrail ordusunun düşmənlərini "lazım olan hər yerdə, həm yaxın, həm də uzaq cəbhələrdə" vuracağı ilə hədələdi.
İsrailin Baş naziri Binyamin Netanyahunun gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşündə İrana qarşı yeni bir hücum planını təqdim edəcəyi iddia edilmişdi.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью