İsrail İranı hədələdi: Təkbaşına müharibəyə hazırıq

03.07.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az  "The Jerusalem Post"a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.

 "İsrail ordusunun Baş Qərargahı, zəruri hallarda, istənilən təhdidi aradan qaldırmaq üçün müstəqil şəkildə İrana qarşı İsrail hücumu etməyə hazır olmalıdır", - o qeyd edib.

O,həmçinin xatırladıb ki, son silahlı münaqişə zamanı İsrail İran rəhbərliyinin əksəriyyətini məhv etməyi və İranın strateji imkanlarına zərər verməyi bacarıb.

İranın xarici işlər naziri Abbas Əraqçi bir gün əvvəl İsraili İrana qarşı təhdid xarakterli açıqlamalar verməmək barədə xəbərdar etmişdi. O, Tehranın istənilən təhdidə dərhal və güclü cavab verəcəyini bildirib.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью