İsrail İranı vurmağa hazırlaşır: son 7 saat... İddia

28.05.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“İsrail 7 saat ərzində İrana hücum edəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti iddia irəli sürüb.

Bildirilib ki, bu, ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarından sonra baş verəcək.

“ABŞ kəşfiyyatının məlumatına görə, İsrail İrana hücum hazırlığını 7 saat ərzində başa çatdıra bilər. Baş nazir Benyamin Netanyahuya fikrini dəyişməsi üçün təzyiq göstərməyə çox az vaxt qalıb”, – deyə nəşr yazıb.

Bildirilib ki, Tehran buna qarşılıq verərsə, ABŞ İsrailə kömək edə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью