Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
İsrail Hərbi Hava Qüvvələri İranın dörd müxtəlif bölgəsində eyni vaxtda reaktiv yaylım atəşi sistemləri, pilotsuz təyyarələr və hərbi hədəflərə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsfahan, Buşəhr, Əhvaz və ilk dəfə Yəzd bölgəsində raket buraxılış sistemləri və pilotsuz təyyarələrə hücum edib”, - məlumatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, 30 qırıcı təyyarə 60-dan çox sursatdan istifadə etməklə İran boyu onlarla hərbi obyektə hücum olunub.