İsrail İranın iki qırıcısını məhv etdiyini açıqladı

17.06.2025

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehran hava limanında İsrail Hərbi Hava Qüvvələrinin qarşısını almaq üçün nəzərdə tutulmuş iki F-14 qırıcısının məhv edildiyi kadrları paylaşıb.

Yenisabah.az xəbər verir ki, İsrail ordusu bu görüntüləri sosial şəbəkələrdə nümayiş etdirib.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri bir qrup iranlı hərbçini məhv edərək, İrandan İsrailə doğru pilotsuz uçuş aparatları buraxmaq cəhdinin qarşısını alıb.

İranın "Press TV" agentliyinin məlumatına görə isə, İsrail tərəfindən məhv edilən İranın F-14 qırıcıları Mehrabad hava limanında xüsusi olaraq quraşdırılmış maketlər olub./Oxu.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью