Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İran rejimi tərəfindən İsraili məhv etmək, ABŞ-ı, azad dünyanı və region ölkələrini təhdid etmək və İran xalqına zülm etmək planını davam etdirmək üçün təyin edilən istənilən lider sui-qəsd hədəfi olacaq”.
Reyting.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
“Baş nazir və mən İsrail Müdafiə Qüvvələrinə əməliyyatın məqsədlərinin ayrılmaz hissəsi kimi bu missiyanı yerinə yetirmək üçün bütün mövcud vasitələrdən istifadə etməyi və hazırlamağı tapşırdıq”,-deyə nazir əlavə edib.
O, bəyan edib ki, amerikalı tərəfdaşları ilə birlikdə hərəkət etməyə davam edəcəklər.
V. QULİYEV