İsrail İranın neçə general və nüvə alimini öldürüb?

27.06.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


İsrail 12 günlük müharibə ərzində İranın nüvə ambisiyalarına böyük zərbə vurmaq üçün 30-dan çox yüksək səviyyəli təhlükəsizlik məmuru və 11 yüksək səviyyəli nüvə alimini öldürüb.

Bakupost.az xəbər verir ki, bu barədə İsrailin yüksək rütbəli hərbi rəsmisi deyib.

“İsrailin hava qüvvələri ABŞ-ın vasitəçiliyi ilə atəşkəslə başa çatan müharibə zamanı 900-dən çox hədəfini məhv edib və İranın raket istehsalına ciddi ziyan vurub”, - o bildirib.

Aygün,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью