Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail İranın hava ballistik raket sistemlərini sıradan çıxarır.
“Cebheinfo.az” “Ynews” xəbər agentliyinə istinadən xəbər verir ki, İsrail İranın “Qədr” tipli raketini sradan çıxarıb.
İsrail ordusunun mətbuat xidməti bildirib ki, İsrail ordusunun İrana qarşı hücumları çərçivəsində ballistik raketlərin saxlanması və istehsalı üçün istifadə edilən obyekt vurulub.
Hədəflər arasında “Qədr” tipli raketlərin yerləşdirildiyi infrastrukturun da olduğu qeyd olunur.Açıqlamada bildirilir ki, əməliyyatın əsas məqsədi İranın İsrailin təhlükəsizliyini təhdid edə biləcək raket buraxmaq imkanlarını məhdudlaşdırmaqdır.
Bununla yanaşı, İsrail İranın hava hücumundan müdafiə sistemlərinə də zərbələr endirib.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin