İsrail İranla bağlı ABŞ dan bunu istədi

25.01.2026

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail ABŞ-dan İranda hökumət və hərbi obyektlərə zərbə endirməyi xahiş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Channel 13” kanalı İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) yüksək rütbəli nümayəndələrinə istinadən məlumat yayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperə bildirilib ki, ABŞ-ın İrana mümkün hər hansı zərbəsi yalnız konkret hərbi hədəflərə deyil, dövlət obyektlərinə də yönəlməlidir.

İsrailin mövqeyi odur ki, rejim dəyişikliyini stimullaşdırmaq məqsədi daşıyan hakimiyyət institutlarına hücumla yanaşı, ABŞ qüvvələri İranın raket potensialına da zərbələr endirməlidir”.

Safura Bənnayeva
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью