İsrail işğal olunmuş ərazilərdən çəkilməlidir Mahmud Abbas

14.07.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəzzada sabitliyin bərpa olunması üçün İsrail işğal olunmuş ərazilərindən çəkilməlidir.

Metbuat.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair ilə görüşündə belə deyib. Mahmud Abbas İordaniyanın paytaxtı Əmmandakı evində Bleyrlə Fələstin torpaqlarındakı gərginliyi müzakirə edib. O bildirib ki, bütün İsrail və fələstinli məhbuslar azad edilməli, humanitar yardım Qəzza zolağına çatdırılmalıdır. Mahmud Abbasın sözlərinə görə, beynəlxalq ictimaiyyətin dəstəyi ilə Fələstin dövlətinin bölgədəki nüfuzu təmin edilməlidir.

Abbas HƏMAS-dan silahlarını Fələstinə təhvil verməsini tələb edib və əlavə edib ki, "Fələstin Azadlıq Təşkilatı” siyasi proqramına, beynəlxalq proqramına və beynəlxalq legitimliyinə uyğun olaraq siyasi fəaliyyətlə məşğul olmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью