İsrail istənilən ssenariyə hazırdır

11.02.2025

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


HƏMAS və Tel-Əviv arasında atəşkəs razılaşması tamamilə pozula bilər.
Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrailin Müdafiə naziri İsrael Kats danışıb.
Nazir orduya Qəzza razılaşmasının şərtlərini HƏMAS-ın pozmasından sonra istənilən ssenariyə hazır olmağı əmr edib.
Hazırda köçkünlərin Qəzza zolağının şimal hissəsinə qayıtması, onlara atəş açılması və Təl-Əvivin anklava humanitar yardımın çatdırılmasında yaşadığı problemlər gündəmdədir.
HƏMAS-ın əsir götürdüyü israillilərin azad edilməsini dayandırmaq barədə açıqlaması atəşkəs razılaşmasının tamamilə pozulması deməkdir.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью