İsrail kəşfiyyatının İranda gizli əməliyyatları: “Mossad” etirafı

01.02.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İranda baş verən son etiraz aksiyaları ilə bağlı sensasion iddia ortaya atılıb.
Turkustan.az xəbər verir ki, İsrailin “12-ci kanal”ı yayımladığı müsahibədə sahə agentinin açıqlamalarına istinadən Mossad əməkdaşlarının iğtişaşlar zamanı birbaşa İran ərazisində fəaliyyət göstərdiyini bildirib.

Telekanala danışan operativ əməkdaşın sözlərinə görə, İsrail xüsusi xidmət orqanlarının nümayəndələri etirazların ən gərgin mərhələsində ölkə daxilində olub və prosesləri yerindən izləyiblər. Onun iddiasına əsasən, bu fəaliyyət yalnız müşahidə ilə məhdudlaşmayıb, müəyyən əməliyyat tapşırıqları da icra edilib.

Müsahibədə əməliyyatların konkret məqsədləri və miqyası açıqlanmasa da, yayılan məlumat Tehran–Təl-Əviv xəttində onsuz da yüksək olan gərginliyi daha da artıracaq amil kimi qiymətləndirilir. İranın rəsmi qurumları isə hələlik bu iddialara münasibət bildirməyib. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью