İsrail komandası velosiped yarışından kənarlaşdırıldı İtaliyada

01.10.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin "İsrael-Premier Tech" velosiped komandasına qadağa qoyulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, komanda İtaliyada keçirilən Giro dell'Emilia velosiped yarışından kənarlaşdırılıb.

Yarışın təşkilatçıları bu qərarı israilli idmançıların, texniki heyətin və tamaşaçıların təhlükəsizliyi üçün qəbul edildiyini bəyan edib.

Xatırladaq ki, Boloniyada hər il keçirilən "Giro dell'Emilia" şosse velosiped yarışı bu il oktyabrın 4-də keçiriləcək.

Fərid
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью