İsrail konsulluğu qarşısındakı qarşıdurmaya ABŞ dan açıqlama

07.04.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İstanbuldakı İsrail Baş Konsulluğunun yaxınlığında baş verən silahlı toqquşma ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Barak özünün X hesabından paylaşım edərək aşağıdakıları yazıb:
"Amerika Birləşmiş Ştatları bu gün İstanbuldakı İsrail konsulluğuna edilən hücumu qətiyyətlə pisləyir. Diplomatik nümayəndəliklərə edilən hücumlar beynəlxalq nizama və millətləri bir-birinə bağlayan prinsiplərə edilən hücumdur. Türkiyəni və Türkiyə Təhlükəsizlik Qüvvələrini sürətli və qətiyyətli reaksiyalarına görə təqdir edirik."

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью