İsrail Livan danışıqları təxirə salındı yeni tarix KONKRET

12.09.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

İsrail və Livan arasında Romada gələn həftə keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Təxirə salınmaya səbəb kimi yəhudi bayramları, Parisdə keçiriləcək konfrans və BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə hazırlıq göstərilib.

Bununla yanaşı, İsrail və Livanın ABŞ-dakı səfirlərinin gələn həftə Vaşinqtonda ABŞ Dövlət Departamentində görüşəcəyi bildirilir. Tərəflər iki ölkə arasında iyun ayında əldə olunan çərçivə razılaşmasının icrası və bölgədəki son vəziyyəti müzakirə edəcəklər.

Romada növbəti rəsmi danışıqların isə oktyabr ayında keçirilməsi gözlənilir.

Günay Əli 

KONKRET.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью