İsrail Livan sərhədində yenidən gərginlik: Markaba bombalandı

27.06.2026

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ordusu Livan-İsrail sərhədi yaxınlığında yerləşən Markaba qəsəbəsi ətrafına gecə saatlarında hava zərbələri endirib.

Sitat.info xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, bombalanan ərazi İsrail-Livan sərhədindən təxminən 1,5 kilometr məsafədə yerləşən Markaba qəsəbəsinin yaxınlığı olub.

Hələlik zərbələr nəticəsində ölən və ya yaralananların barədə rəsmi məlumat açıqlanmayıb. Hadisə bölgədə gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqları gücləndirib.

Aytac,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью