İsrail Livan sülh danışıqları ABŞ də davam edir: beşinci raund başlayır

03.06.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 iyun, AZƏRTAC

İsrail və Livan arasında sülh danışıqlarının beşinci raundu çərşənbə günü ABŞ-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib. Onun sözlərinə görə, mayın 2-də ABŞ-də keçirilən danışıqların dördüncü raundunda tərəflər hərtərəfli razılaşmanın əldə olunması istiqamətində irəliləyişə nail olublar.

T.Piqot sosial şəbəkədə paylaşımında bildirib ki, tərəflər son 20 ildə yaranmış çətinliklərin aradan qaldırılması, Livanın suverenliyinin bərpası və İsrailin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş genişmiqyaslı sazişə doğru irəliləyirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью