Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
İsrail ordusunun Livanın cənubundakı iki qəsəbəyə hava hücumu təşkil etdiyi açıqlanıb.
"Cebheinfo.az" Livanın “NNA” xəbər agentliyinə istinadən xəbər verir ki, İsrailə məxsus döyüş təyyarələri gecə saatlarında Nəbatiyyə vilayətinə bağlı Aytarun qəsəbəsindəki Hanuk bölgəsini və Sur şəhərindəki Tayrfalsiyyə qəsəbəsinin qərb hissəsini bombalayıb.
Livan rəsmiləri hücumlarla bağlı və insan tələfatı olub-olmadığına dair hələlik açıqlama verməyiblər.İsrail 2023-cü ilin oktyabrında Livana qarşı hücuma başlamış, 2024-cü ilin sentyabrında bu hücum genişmiqyaslı müharibəyə çevrilmişdi. Müharibədə 4 mindən çox insan həyatını itirmiş, təxminən 17 min nəfər yaralanmışdı.
2024-cü ilin noyabrında “Hizbullah” ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin bu razılaşmanı 4 min 500-dən çox dəfə pozduğu və nəticədə yüzlərlə mülki şəxsin öldüyü və yaralandığı bildirilmişdi.
İsrail, həmçinin son müharibədə Livanda ələ keçirdiyi 5 təpəni hələ də işğal altında saxlayır və onillərdir nəzarətində olan bəzi bölgələrdəki varlığını davam etdirir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin