İsrail Livana hücum etdi

07.02.2025

Icma.az bildirir, Operativ MM portalına istinadən.

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah” hərəkatı ilə mövcud atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənub və şərq istiqamətlərinə hava zərbələri endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri ölkənin cənubunda Bfarua və Azza şəhərləri arasındakı vadiyə zərbələr endirib.

İsrail də Livanın Suriya ilə sərhəddindəki şərq dağ silsiləsi yüksəkliklərinə hücum edib.

Fevralın 7-də səhər saatlarında İsrail ordusu Livanda Hizbullaha məxsus silahların olduğu iki hərbi obyektə zərbələr endirdiyini açıqlayıb və belə qurğuların olmasının atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirildiyini bildirib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью