İsrail Livana zərbələr endirib: Hizbullah ın iki üzvü öldürülüb

26.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İsrail hərbçiləri Cənubi Livana yeni zərbələr endiriblər.

Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (IDF-SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərbənin məqsədi "Hizbullah" təşkilatının hərbi qanadından iki radikalın məhv edilməsi olub.

Birinci zərbə Livanın Baraşit qəsəbəsinin ətrafına endirilib, nəticədə elit "Radvan" qüvvələrinin tərkibindəki bölmələrdən birinin komandiri məhv edilib. İki saat sonra "Hizbullah"ın hərbi dəstələrindən daha bir radikal Beyt-Lif qəsəbəsi rayonunda məhv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью