İsrail Livana zərbələr endirib, ölənlər var

25.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

İsrail qüvvələri Livanın cənubunda yerləşən Tir şəhərinə üç zərbə endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli İnformasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində ümumilikdə 2 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

Bir neçə yaralının vəziyyəti ağırdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью