İsrail Livana zərbələrini davam etdirib KONKRET

03.12.2024

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrailin  Livanın iki şəhərində – Talusa və Harisdə endirdiyi zərbələr nəticəsində azı 9 nəfər ölüb, 3 nəfər yaralanıb.

KONKRET.az  Reuters agentliyinə istinadən xəbər verir ki, İsrail ordusu Livanda Hizbullahın onlarla hədəfinə zərbələr endirib. Bundan əlavə, İsrailin Livanın cənubunun digər bölgələrinə endirdiyi zərbələr nəticəsində daha 2 nəfər həlak olub. Onlardan biri növbətçi mühafizəçi olub. İsrailin zərbələri Hizbullahın İsraili atəşkəsi pozmaqda ittiham etməsindən və İsrailin hərbi mövqeyinə raket zərbələri endirməsindən və bunu müdafiə xarakterli qabaqlayıcı zərbə adlandırmasından sonra baş verib.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью