İsrail Livanda 4 hərbçisini itirib

19.06.2026

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə gərginlik yenidən artıb. 

İran və ABŞ arasında əldə olunduğu bildirilən atəşkəs razılaşmasına baxmayaraq, İsrailin Livana endirdiyi zərbələrin davam etməsi bölgədə vəziyyəti daha da mürəkkəbləşdirib.

Məlumata görə, İsrail ordusunun Livan ərazisinə endirdiyi son hava zərbələri nəticəsində azı 16 nəfər həlak olub. Hücumların ardından Livandakı Hizbullah hərəkatı İsrail qüvvələrinə qarşı pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirib.

Bildirilir ki, Hizbullahın həyata keçirdiyi PUA hücumlarından biri zamanı 4 İsrail hərbçisi həlak olub. Məlumata əsasən, hərbçilərin olduğu avtomobil hücum nəticəsində alovlanıb. Həmçinin gün ərzində baş verən digər hücum zamanı daha 5 İsrail əsgərinin ağır yaralandığı qeyd edilir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью