İsrail Livanda 7 şəhərə zərbə endirib

06.03.2026

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün İsrail ordusu Livanın cənub və şərqindəki şəhərlərə yeni hava hücumları həyata keçirib.

Mia.az xarici mətbata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

Qeyd edilib ki, İsrail döyüş təyyarələri bu gün Livanın cənubundakı Sarifa, Ayta Şaab, Tulin, Sowana, Məcdal Silim, Ankoun, Hiyam və Qallaviya şəhərlərini hədəfə alıb: "Bununla yanaşı, ölkənin anın şərqindəki Baalbak bölgəsindəki Dors şəhəri də bombalanıb".

Agentlik itkilər barədə məlumat paylaşmayıb.

İsrail ordusu faktı təsdiq edib: "Bölgədəki Hizbullah terror qruplaşmasının ünsürləri məhv edilir".

Tahir Şəlvəli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью