İsrail Livanda 8 mərtəbəli binanı raketlərlə DAĞITDI VİDEO

23.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

İsrail ordusu Livanın paytaxtı Beyrut şəhərinin mərkəzinə güclü hava hücumu təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hücumda “Bunkerdağıdan raketlərdən” istifadə edilib.
Məlumata görə, Beyrutun mərkəzi ərazisinə azı dörd raket atılıb. Nəticədə səkkiz mərtəbəli yaşayış binası tamamilə dağılıb. Hücum zamanı “Hizbullah”ın yüksək rütbəli üzvü hədəfə alınıb.
Bu, İsrailin bu həftə Beyrutun mərkəzinə sayca dördüncü hava hücumudur.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью