İsrail Livanda atəşkəsi pozaraq 9 nəfəri öldürdü

03.12.2024

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail ordusunun ötən axşam saatlarında Livanın cənubunda iki bölgəyə təşkil etdiyi hava hücumlarında 9 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Bint Cübeylin Haris bölgəsinə edilən hücumda 5 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb, Mercayunun Taluse bölgəsinə edilən hücumda isə 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Xatırladaq ki, noyabrın 27-də Livanda İsrail ilə “Hizbullah” arasında atəşkəs imzalanıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью