Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
İsrail ordusu Livanın cənubunda sərhədə yaxın bütöv bir şəhəri partlayıcılarla məhv edib.
Redaktor.az xəbər verir ki, yerli media şəhərin bombalanması görüntülərini paylaşıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də intensiv hava hücumu həyata keçirib.
İsrail ordusu sentyabrın 30-da Livanın cənubundakı Hizbullahın infrastrukturuna qarşı "məhdud və intensiv" qurudan hücumlara başladığını bildirib.
Türkan İSGƏNDƏRLİ