İsrail Livanda “Hizbullah”ın infrastrukturunu məhv edib

13.04.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın yeraltı infrastrukturunu məhv edib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat "Yahalom" bölməsinin döyüşçüləri tərəfindən 7-ci briqadanın 13-cü batalyonunun qüvvələri ilə birgə həyata keçirilib. Livanın cənubunda aparılan əməliyyat zamanı hərbçilər İsrail qüvvələrinə qarşı hücumların hazırlanması üçün istifadə edildiyi iddia olunan yeraltı obyektləri aşkarlayaraq məhv ediblər.

Qeyd olunur ki, infrastruktur məhv edilməzdən əvvəl onun daxilində axtarışlar aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью