İsrail Livanda yaşayış kompleksini atəşə tutdu Ölən və yaralananlar var

04.03.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İsrailin Baalbekə hücumu nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb

Redaktor.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyinə (NNA) istinadən məlumat yayıb.

Bildirilib ki, İsrailin Beyrutun şimal-şərqində yerləşən Baalbek şəhərindəki yaşayış kompleksinə endirdiyi hava hücumu nəticəsində ölənlərin sayı beşə çatıb, 15 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatlarında müxtəlif qurumlar iştirak edir.

Baalbek şəhərinin meri qeyd edib ki, zərər görən kompleksdə yalnız mülki ailələr yaşayır. Livanın Səhiyyə Nazirliyi daha əvvəl bildirib ki, 2 mart səhəri ilə 3 mart axşamı arasında İsrailin hücumları nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb, 335 nəfər yaralanıb.

"Əl-Cəzirə"nin məlumatına görə, İsrail ordusu 4 martda Livanın cənubundakı 16 kəndin sakinlərini təxliyə etmələri barədə xəbərdar edib. İsrail qüvvələri həmçinin Əl-Hazmiyyə yolu və Baalbek yaxınlığındakı bir otelə atəş açıb.

Bundan əlavə, Hizbullah 4 mart səhəri İsrailin şimalındakı Metula şəhəri yaxınlığındakı İsrail qoşunlarının toplanma məntəqəsinə raket hücumu elan edib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью