İsrail Livandan çıxmaq üçün ABŞ dən möhlət istəyir

23.01.2025

Icma.az bildirir, Azvision portalına istinadən.

Ölkənin "Haaretz" qəzetinin xəbərinə görə, atəşkəs çərçivəsində ötən il noyabrın 27-də başlayan 60 günlük möhlət yanvarın 27-də başa çatacaq. Odur ki İsrail Silahlı Qüvvələri bazar günü, yəni yanvarın 26-da Livanın cənubundakı bütün mövqelərini Livan Ordusuna təhvil verməlidir.
İsrail əlavə 30 gün istəməsinə səbəb kimi Livan Ordusunun təhvil prosesinə hələ başlamadığını göstərir. Əlavə möhlət tələbi ilə razılaşmayan ABŞ və Fransa (münaqişənin həlli üzrə vasitəçilər) hazırda bu məsələ ilə əlaqədar İsrail və Livanla danışıqlar aparmaqdadır.
"Rəsmi Paris bildirir ki, digər tərəflər razılaşarsa, o da möhlətin uzadılmasında problem görmür", - qəzet yazır.
Tramp hökuməti İsrailin Livandan dərhal çıxmasını istəyir
Digər tərəfdən, İsrail Ordusunun Radiosunun məlumatına əsasən, ABŞ Prezidenti Donald Trampın rəhbərliyindəki yeni hökumət İsrail Silahlı Qüvvələrinin bazar gününədək Livandan tamamilə çıxmasını gözləyir. İsrailin ABŞ-dəkı səfiri Maykl Hertsoq radioya açıqlamasında vurğulayıb ki, Vaşinqtonla aparılan danışıqlarda "ortaq məxrəcə gələrək möhləti uzatmaq niyyətindədir".
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью