Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İsrail Livanın mülki əhalisinin hazırda ordunun nəzarətində olan ərazilərə qayıtmasının qarşısını almaq niyyətindədir.
İsrail ABŞ tələb etsə belə, qoşunlarını Cənubi Livandan çıxarmaq niyyətində deyil”.
“Cebheinfo.az” xəbər verir ki, bunu müdafiə naziri İsrael Katz bildirib.
Katz vurğulayıb ki, İsrail Livan mülki əhalisinin hazırda İsrail ordusunun nəzarətində olan ərazilərə qayıtmasının qarşısını almaq niyyətindədir. "200000 nəfər geri qayıtmayacaq.
Orada yerli sakinlər və ya terrorçular yoxdur, çünki təhlükəsizlik zonalarında əvvəllər baş verənlərə icazə verməyəcəyik. Mülki şəxslər orada olduqda, əldəqayırma partlayıcı qurğular və İsrail əsgərlərinə hücumlar olurdu. Biz geri çəkilmirik", - deyə o bildirib.
Əvvəllər ABŞ ilə İran danışıqları çərçivəsində Livanda tam atəşkəs və İsrail qoşunlarının geri çəkilməsi tələb edilirdi. Tehranın əks halda Hörmüz boğazını yenidən bağlayacağı barədə xəbərdarlıq olunub.
İsrail hakimiyyəti isə öz növbəsində bildirib ki, “Hizbullah” qüvvələrindən şimal bölgələrinə təhlükə hiss etdiyi müddətcə Livandan qüvvələrini geri çəkməyəcək.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin