İsrail Livandan qoşunlarını çıxarmağa başlayıb

12.12.2024

Anews saytına istinadən Icma.az xəbər verir.

İsrail "Hizbullah" hərəkatı ilə atəşkəs razılaşması çərçivəsində Livanın cənubundan ilk qoşunlarını çıxarıb.Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Noyabr ayında əldə olunan razılaşmalar Livanın cənubunun yalnız ölkənin silahlı qüvvələri və BMT sülhməramlılarının nəzarəti altında olacağını, İsrail Müdafiə Qüvvələri və "Hizbullah" qüvvələrinin atəşkəsdən sonra 60 gün ərzində oradan tamamilə geri çəkiləcəyini göstərir.
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью