İsrail Livanı VURDU: 24 nəfər öldü

24.11.2024

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimal-şərqindəki şəhər və qəsəbələrə intensiv zərbələr endirib, nəticədə 24 nəfər ölüb, 45 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Təcili Yardım Mərkəzinin hesabatında deyilir.

Bildirilib ki, raket zərbələri “Hizbullah”ın bazalarının yerləşdiyi və tərəfdarlarının yaşadığı Baalbek əyalətinə endirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью