İsrail Livanı vurdu: Yaralılar var

15.10.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Atəşkəs və çərçivə razılaşmasına baxmayaraq, İsrail ordusunun Livanın cənubuna hücumları nəticəsində biri 4 yaşlı uşaq olmaqla iki nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail artilleriyası ölkənin cənubundakı Sirbin şəhərini və Zibkin vadisini atəşə tutub.

Livan Səhiyyə Nazirliyi İsrailin Bint Cbeil rayonunun Hadassa şəhərinə endirdiyi hava zərbəsi nəticəsində iki nəfərin, o cümlədən 4 yaşlı uşağın yaralandığını açıqlayıb.

Qeyd edək ki, İsrail ordusu martın 2-də Livana qarşı intensiv hava hücumlarına başlayıb və ölkənin cənubundakı onlarla şəhəri işğal edib.

Aytən Yaşar/Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью