İsrail Livanın 50 dən çox kəndinin sakinlərini təxliyəyə çağırdı

02.03.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail ordusu Hizbullahın İsrailə raket zərbələri endirməsindən sonra Livandakı 50-dən çox kəndin sakinlərini təxliyə etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Xəbərdarlıqda deyilir: "Təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməli və kəndlərinizdən ən azı 1000 metr aralıda yerləşən açıq ərazilərə köçməlisiniz".

"Hizbullah üzvlərinə, onların obyektlərinə və ya hərbi aktivlərinə yaxınlaşan hər kəs öz həyatını təhlükəyə atır", - İsrail tərəfi qeyd edib.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью