İsrail Livanın Bekaa bölgəsinə havadan zərbələr endirib

10.02.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Xalqcəbhəsi.az Türkiyənin “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, İsrail ordusunun sözçüsü Avichay Adraee sosial media hesabından Livanın şərqindəki Bekaa əyalətindəki bir bölgəyə hava hücumu təşkil edildiyini açıqlayıb.

A.Adraee, hücumun baş verdiyi bölgədə Hizbullaha məxsus tunelin olduğunu və tuneldən hücum "avadanlığının daşındığını" iddia edib.

İsrailin döyüş təyyarələrinin Bekaadakı Kaldus-Seba bölgəsini, əl-Zəkbadakı bir qurumun binasını və Sihlet əl-Ma qəsəbəsində bir evi hədəf aldığını açıqlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью