İsrail Livanın cənubuna hücumlarını davam etdirir

10.08.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 avqust, AZƏRTAC

İsrail Livanın cənubundakı 3 fərqli məntəqəyə hücum edib.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, İsrail hərbi qüvvələri Kfar Tebnit kəndini bombalayıb, Nəbatiyyə əl-Fövqa şəhərinin ətraf ərazilərini artilleriya atəşinə tutub və əl-Mənsuri şəhərinə isə zərbələr endirib.

Bu hücumların hər hansı insan tələfatına səbəb olması ilə bağlı isə məlumat yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью