Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail Müdafiə Qüvvələri Livanın cənubuna yeni hava zərbəsi endirib.
APA xəbər verir ki, bu barədə məlumatı ordunun mətbuat xidməti yayıb.
Açıqlamaya görə, hücumun hədəfi "Hizbullah" təşkilatının silahlı qruplaşmalarından birinin üzvünün məhv edilməsi olub.
Zərbə Livanın cənubundakı Əl-Xiyam şəhəri ətrafında həyata keçirilib.
Hədəf alınan şəxsin adı, fəaliyyəti və ya vəzifəsi barədə əlavə məlumat verilməyib.