İsrail Livanın cənubunu vurdu: 4 nəfər öldü

07.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail ordusunun Livanın cənubuna təşkil etdiyi son hücum nəticəsində 2-si qadın olmaqla 4 nəfərin öldüyü bildirilib.

“Yeni Sabah” xəbər verir ki, İsrail tərəfi hücumların “Hizbullah”ın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlara cavab olaraq təşkil edildiyini açıqlayıb.

Livan Prezidenti Jozef Aun İsrailin son hərəkətlərini “təhlükəli eskalasiya” adlandırıb. pizza sifarişi

O bildirib ki, hücumlar yalnız iddia edilən hərbi hədəflərlə məhdudlaşmayıb, mülki idarəetmə qurumları və tibb mərkəzləri də zərər görüb.

Aun Qəndur xəstəxanasının tamamilə dağıdıldığını, Nəbatiyyə vilayətində Maliyyə Nazirliyinin binasına isə ciddi ziyan dəydiyini açıqlayıb.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью