İsrail Livanla atəşkəsi pozub 17 dəfə

22.01.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ordusu atəşkəsin 56-cı günündə Livana ötın sutkjada yenidən zərbələr endirməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb.

Agentlk yazıb ki, son sutkada İsrail ordusu paytaxt Beyrutda PUA-lar, ərazilərə sızma, ev və binaların yandırılması, nəqliyyat vasitələrinin yandırılması, yolların qazılması, tanklardan və pulemyotlardan atəş açmaqla ümumilikdə 17 dəfə atəşkəs anlaşmasını pozub: "İsrail hərbçiləri gün rəzində Bint Cubeyl, Mercayun və Hasbaya rayonlarında bu cür təxribatlar törədiblər. Məsələn, Bint Cbeyldə İsrail buldozerləri Marun ər-Ras qəsəbəsinə gedən bəzi yolları dağıdıb, hərbçilər isə əl-Maslah məhəlləsinə soxulublar. Onlar burada bir sıra evlərin qapıları sındırıb, partladılıb, bəzi evlərə basqın ediblər. oxşar hadisələr Yarun və  Ədşid əl-Qusayr qəsəbələrində də törədilib...".

Tahir Şəlvəli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью