İsrail mediasından Netanyahuya: Gündəmdə deyilsən

25.09.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İsrail mediası Baş nazir Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışını sərt şəkildə tənqid edib.

Turkustan.az xəbər verir ki, İsrailin “Yedioth Ahronoth” qəzeti Netanyahunun BMT Baş Assambleyasındakı çıxışını “onu dinləməyən dünyaya müraciət” kimi qiymətləndirib. Qəzet baş nazirin çıxışını “təkəbbürlü, aqressiv və uzaqgörənlikdən məhrum” kimi təsvir edib.

Məqalədə Netanyahunun ona qarşı keçirilən etiraz aksiyaları fonunda çıxışını “boş zalda və tənhalıq atmosferində” etdiyi bildirilib.

İsraildə seçkilərə təxminən bir ay qaldığına diqqət çəkilən xəbərdə Netanyahunun çıxışının əsasən ölkə müxalifətinə yönəldiyi qeyd olunub.

Qəzet Netanyahunun “sərt və düşmən” ritorikadakı çıxışını “qan, tər və göz yaşı nitqinə” bənzədib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью