İsrail məğlub olacaq Xameneinin müşaviri

18.06.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"İsrail bu döyüşdə məğlub olacaq"

"Unikal" xəbər verir ki, bu barədə İslam İnqilabı Rəhbərinin müşaviri və köməkçisi Məhəmməd Möhbər açıqlayıb. 

 O, Tehrandakı xəstəxanada İran Yayım Korporasiyasına edilən hücumda yaralanan işçilərindən birini ziyarət edərkən deyib: "Cinayətkarlar meydanı itirəndə müxbirlərə hücum edirlər. Beynəlxalq hüquqa görə, media ofislərinə hücum hərbi cinayətdir və bu hücumla sionistlər onların qara dəftərinə daha bir cinayəti əlavə ediblər.

Siz ən pis məxluqların əlindən yaralanmısınız və əmin olun ki, qəsbkar və qatil olan İsrail bu döyüşdə məğlub olacaq".

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью