Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin “Makor Rishon” qəzeti Türkiyənin Yaxın Şərqdə artan hərbi və diplomatik təsirinin regiondakı güc balansını dəyişə biləcəyini yazıb.
Sherg.az xəbər verir ki, israilli yazar Nitsan David Fuşsun təhlilinə görə, Ankaranın əsas məqsədi yalnız hərbi əməkdaşlığı genişləndirmək deyil, region ölkələrini ortaq siyasi və diplomatik platformada birləşdirərək proseslərə daha çox təsir etməkdir.
Təhlildə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasındakı Məkkə İttifaqına, həmçinin Türkiyənin İraq, Qafqaz, Qəzza və Somali istiqamətindəki diplomatik təşəbbüslərinə diqqət çəkilib.
Fuşs Türkiyənin bu platformaların hamısında iştirak edən yeganə ölkə olduğunu və bunun Ankaraya regional gündəmin formalaşmasında daha böyük rol qazandıra biləcəyini bildirib.
İsrail üçün əsas narahatlıq isə Türkiyənin öncülük etdiyi proseslərdə İsrailin kənarda qalmasıdır. Təhlildə bunun Tel-Əvivin regiondakı hərəkət imkanlarını məhdudlaşdıra biləcəyi vurğulanıb.
Fuşs vəziyyəti belə ifadə edib: “Masa-masa irəliləyirlər və İsrail orada yoxdur.”