İsrail mətbuatı: Trampın gəlişi ilə Qəzzaya yardım axını azala bilər

07.01.2025

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tramp vəzifəyə gələndən sonra Qəzzaya yardım azalacaq.

Turkustan.az xəbər verir ki, oktyabrın 7-dən bəri davam edən Həmas-İsrail müharibəsində atəşkəs danışıqları davam edərkən, İsrail mətbuatında kritik bir iddia ortaya çıxdı. Kanal 12-nin siyasi mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ-ın 47-ci prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra İsrail Qəzzaya çatan yardımı azalda bilər.

“Qəzzada vəziyyət dəyişməsə, HƏMAS öz siyasi qüdrətini qoruyacaq”-deyə, siyasi mənbə Kanal 12-yə bildirib. O, Qəzzada vəziyyətin dəyişməli olduğuna işarə edib.

Donald Tramp daha əvvəl ,“İsrailli girovlar azad edilməsə, ortalıq cəhənnəmə dönər”-deyə, açıqlama vermişdi. O, HƏMAS-ı hədələyərək girovların tezliklə azad edilməli olduğunu bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью