İsrail millisi “Araz Naxçıvan”ın qapıçısını 4 dəfə məyus etdi | Icma.az
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
QOL.az xəbər verir ki, İ qrupunda yer alan Moldova millisi öz meydanında İsraillə qarşılaşıb.
Moldova millisinə dəvət alan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram da bu görüşün iştirakçısı olub.
Meydana start heyətində çıxan 31 yaşlı qolkiper görüşü əvəzolunmadan keçirib. Matç İsrail yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Avram 15, 35, 59 və 77-ci dəqiqələrdə qapısında qol görüb. Seçmə mərhələdə ardıcıl 4-cü məğlubiyyətini alan Moldova millisi qrupda sonuncudu
Xallarının sayını 9-a çatdıran İsrail yığması isə hazırda ikinci pillədə qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu