İsrail mübahisəli məsələyə nöqtə qoydu: Bu, olmayacaq!

16.11.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İsrailin siyasəti aydındır: Fələstin dövləti qurulmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz sosial şəbəkədəki səhifəsində qeyd edib.

O bildirib ki, İsrail ordusu Hermon dağında və təhlükəsizlik zonasında qalacaq:

“Qəzza zolağı son tunelə qədər silahsızlaşdırılacaq, Fələstinin HƏMAS qrupu isə zərərsizləşdiriləcək”.

Qeyd edək ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib. Münaqişədə olan hər iki tərəf atəşkəsə əməl etməyə sadiq olduqlarını bildiriblər .

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью